waplog

Naxçıvan MR-in rayon və kənd poçt məntəqələrində kommunal xidmət haqlarının yığımı aparılacaq



"Maliyyə xidmətlərinin inkişafı"  layihəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 84  poçt şöbə və bölməsi avtomatlaşdırılıb, yeni sistem üçün server qurulub, qurulan kompüterlər lazımi proqram təminatı ilə təchiz edilib.

Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarına, energetika, qaz və su təsərrüfatı müəssisələrinin əməliyyatçılarına Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kurslar təşkil edilib, kursdan müvəffəqiyyətlə keçən işçilərə sertifikatlar verilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Naxçıvan MR RİTN-də keçirilən 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Kollegiyada qeyd olunub ki, iyul ayının 1-dən etibarən Naxçıvan şəhər sakinləri üçün kommunal xidmət (elektrik, qaz və su) haqlarının poçt məntəqələrində yığılmasına başlanılıb. Yaxın vaxtlarda muxtar respublikanın rayon və kənd poçt məntəqələrində də kommunal xidmət haqlarının yığılmasına başlanılacaq.

Həmçinin bildirilib ki, Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ünvanına 6 ay ərzində  72101 kq çəkidə bağlama daxil olub,  10195 kq çəkidə bağlama göndərilib.  Ümumilikdə muxtar respublikaya 99237 kq çəkidə poçt göndərişi və bağlamalar daxil olub.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL