waplog

Ən yeni texnologiyalar sayəsində tamaşaçılar bütün kainata səyahət edəcəklər


Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında “Biliklər və elm aləminə virtual səyahət” layihəsi həyata keçirilir.
 
 Layihə çərçivəsində maarifləndirici-animasiya filmləri 2 ədəd “Atmosfera 360” sferik kinoteatrlarında nümayiş etdirilir. Gün ərzində 5-6 seansla (giriş sərbəstdir) həmin regionların bütün yeniyetmə sakinlərinə filmləri seyr etmək imkanı yaradır. Nazirlikdən bildirilib ki, filmlər Azərbaycan dilində nümayiş etdirilir. Bu kinoteatrlarda filmlər proyektorlar vasitəsilə 360 dərəcəli görüntülü kürə şəkilli tavana salınır.
 
Beləliklə də, filmin görüntüləri tamaşaçıları hər tərəfdən əhatə edir: “Ən yeni texnologiyalar kino sənətində yeni ölçülərə yol açıb. Bu ölçülərdə filmin izləyiciləri okeanların dərinliklərinə, başqa planetlərə və bütün kainata səyahət edirlər. “Atmosfera 360” sferik kinoteatrlarında iki film nümayiş etdirilir – “Kaluokahina. Tilsimlənmiş rif” və “Kainatın sahibləri”. Hər iki film maarifləndirici və əyləncəli xüsusiyyətlər daşıyır. “Kaluokahina. Tilsimlənmiş rif” filmini izləyərkən, tamaşaçı okean dərinliklərinə baş vurur. Oradakı heyrətamiz, qeyri-adi gözəlliyə malik olan canlıları görmək imkanı qazanır. Film Kaluokahina rifinin sakinləri olan balıq və başqa okean canlılarının öz riflərini insanlardan qorumasından bəhs edir. Film maarifləndirici xüsusiyyətlər və şən yumorla zəngindir”. 
 
 
“Kainatın sahibləri” filmi isə xüsusi effektlər, musiqi və inanılmaz kompüter qrafikası vasitəsilə seyrçini göylərə, açıq kosmosa aparır. Seyrçidə belə bir hiss yaranır ki, sanki o, zalda əyləşməyib, kanyonlara baş  vurur və açıq kosmosda uçur. Filmin məzmunu Kainatın böyük partlayışdan əmələ gəlməsi və bu günə qədər inkişafından bəhs edir.
 
Filmlərin növbəti mərhələsi qrafikə uyğun olaraq 5 sentyabrda Samuxda,  7 sentyabrda Gəncədə, 9 sentyabrda Daşkəsəndə, 11-12 sentyabrda Göygöldə keçiriləcək.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL