waplog

“Alma Store” şirkəti tələbə və müəllimlərə 10-12% endirim təqdim edir



"Apple" şirkətinin Azərbaycanda rəsmi distribüteri olan "Alma Store" şirkəti ənənəvi olaraq sentyabrda tədris ilinin başlaması ilə əlaqədar tələbə və müəllimlər üçün aksiya keçirir.

Şirkətdən "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu il müəllim və tələbələr təkcə "Mac" üçün endirim və hədiyyələr deyil, həmçinin "iPad" üçün endirim əldə edəcəklər. Aksiyada iştirak etmək üçün tələbə bileti və ya müəllim kartı təqdim etmək kifayətdir.

Aksiya çərçivəsində "iPad" almaq istəyənlərə - 10% endirim, "Mac" - 12% endirim və çanta hədiyyə verilir və yalnız ali təhsil ocaqları müəllim və tələbələrinə aid edilir. Sentyabr ayının sonuna kimi qüvvədə olacaq kampaniya bütün "Mac" və "iPad Retina" displey modellərinə aid edilir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL