waplog

Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə sərgi və konfransında Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə bağlı geniş təqdimat keçirilib



Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən nüfuzlu beynəlxalq maliyyə sərgi və konfransı olan sayca 35-ci "SIBOS 2013"-də Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə bağlı geniş təqdimat keçirilib. "SİBOS"-da son dörd ildə olduğu kimi, bu il də MDB məkanında eksponent qismində Azərbaycan Respublikasından "PAŞA Bank" iştirak edib.
 
Eyni zamanda mötəbər tədbirdə Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC-nin nümayəndəsi də təmsil olunub. "YT Park" rəsmisi "SIBOS"-da "Yüksək Texnologiyalar Parkı- gələcək planlar və perspektivlər" mövzusunda geniş təqdimatla çıxış edib. 
 
Qeyd edək ki, Dünya İnterbank Maliyyə Telekommunikasiyaları Birliyinin (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) təşkilatçılığı ilə keçirilən "SİBOS" beynəlxalq konfransı 7000-ə qədər maliyyə institutları, ekspertləri, beynəlxalq korporasiyaları və İT şirkətləri, habelə 200-ə qədər eksponentləri bir araya gətirir. "SIBOS 2013" sentyabrın 19-da başa çatacaq. Gələn il forumun ABŞ-ın Boston şəhərində keçirilməsi nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL