waplog

Ekoloji informasiya üzrə birgə sistemin yaradılmasına dair müzakirələr aparılıb


Kopenhagen şəhərində keçirilən “Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti - Ətraf Mühit İnformasiya Sistemi (ENPI-SEIS) layihəsi” üzrə İdarəetmə Komitəsinin seminarı artıq başa çatıb. Seminarda Cənubi Qafqaz ölkələri, Belarus, Moldova və Ukrayna statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti Cənub regionu ölkələrinin nümayəndələri iştirak edib.
 
Azərbaycanı bu tədbirdə Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri R.Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin məsləhətçisi A.Yusifova təmsil ediblər. Dövlət Statistika Komitəsindən bildirilib ki, ekoloji informasiya üzrə birgə sistemin yaradılmasına dair Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti layihəsinin məqsədi monitorinq və ətraf mühitin vəziyyətinin təhlilini aparan, eləcə də müvafiq göstəricilərə əsaslanan ekoloji hesabatları hazırlayan, ekologiya sahəsində fəaliyyət göstərən təşkilatların, statistika və digər orqanların potensialının artırılmasından ibarətdir.
 
Qeyd edilib ki, ətraf mühitə dair informasiya dövlətin siyasətinə səmərəli təsir göstərməklə vətəndaşlara yardım edilməsi və ətraf mühit sahəsində əsaslı qərarların qəbul olunmasında mühüm rol oynayır. Ətraf Mühit İnformasiya Sisteminin (ENPI-SEIS) inkişafının təmin olunmasının texniki səviyyəsi BMT-nin Avropa İqtisadi Komissiyasının Ətraf mühitin monitorinqi və Ekoloji göstəricilərə dair məqsədli işçi qrupun işindən, siyasi səviyyəsi isə Ekoloji Siyasət Komitəsinin işindən ibarətdir. Seminar iştirakçılarına Belarus, Moldova, Fələstin, Mərakeş və Misirdə milli səviyyədə ətraf mühit sahəsində son nailiyyətlər haqqında təqdimatlar verilib.
 
Seminarda DSK nümayəndəsi tərəfindən qeyd edilib ki, 2012-ci ildə Dövlət Statistika Komitəsi tərəfindən ekologiya statistikası üzrə göstəricilərin və hesabatların metaməlumatlar sistemi yaradılaraq komitənin veb-səhifəsində yerləşdirilib. Bundan əlavə, komitədə “Metaməlumatlar sisteminin statistik məlumatlar bazasına inteqrasiyasına dair metodologiya” və “Metaməlumatların strukturu üzrə məlumatların bazaya daxil edilməsinə dair metodoloji tövsiyələr” hazırlanıb.  Dövlət Statistika Komitəsi tərəfindən görülən bu işlər müsbət qarşılanıb.
 
Həqiqət İSABALAYEVA

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL