waplog

Amerikalı oğurlanmış avtomobilini “Google Earth” proqramı sayəsində tapıb


Amerikanın Missisipi ştatının sakini populyar “Google Earth” internet proqramı sayəsində 6 ay əvvəl oğurlanmış avtomobilini tapıb.

“ICTnews” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, Amerika KİV-nin yaydığı məlumata əsasən, kişi ov üçün yaxşı yer tapmaq məqsədi ilə sözügedən proqramın köməkliyi ilə ətrafı nəzərdən keçirib. O, qəfildən qonşu ərazidə ov komasına oxşar konstruksiya görüb. Dairədə ovçuluğa yalnız onun icazəsi olduğuna görə kişi kəşfiyyata çıxıb. Qəribə obyekt koma yox, onun maşını olduqda o, çox təəccüblənib.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL