waplog

Azərbaycan elektron ticarətin beynəlxalq səviyyədə inkişaf etdirilməsi məsələlərini müzakirə edib


Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin mal və xidmətlərinin milli bazarlarda yeridilməsi üçün Dövlətlərarası şəbəkənin inkişafı üzrə İşçi Qrupun 2-ci iclasında və “Dünya ticarətində qlobal təchizat xətti (GTX) şirkətlərə GTX-yə daxil olmaqda necə kömək etməli” mövzusunda konfransda iştirak edib.
Minskdə keçirilən tədbirlərdə Azərbaycanla yanaşı, digər Regional Rabitə Birliyinə üzv olan MDB ölkələrinin, Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində MDB ölkələrinin mal və xidmətlərinin milli bazarlarda genişləndirilməsi üçün Dövlətlərarası şəbəkənin yaradılması, istifadəsi və inkişafı sahəsində əməkdaşlıq haqda saziş müzakirə olunub. Eyni zamanda, konfransda təchizat, elektron ticarət və ticarətin sadələşdirilməsi sahələrində vacib məsələlər müzakirə mövzusu olub.
 
İclasda müvafiq İşçi Qrupun 2014-cü il üçün İş Planı təsdiq edilib.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL