waplog

“Apple” təsisçisini şirkətin son planşeti qane etməyib


"Apple"ın həmtəsisçisi Stiv Voznyak deyib ki, yeni "iPad Air" planşetini satın almağa hazırlaşmır. O, bu barədə Böyük Britaniyada keçirilmiş "Apps World" konfransında deyib.

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, Voznyakın sözlərinə görə, "iPad Air" modeli ona maraqsızdır, çünki daxili yaddaşın həcmi azdır.

"Mən nəhayət ki, qurğularla tanış oldum və yeni "iPad" mənim ehtiyaclarıma uyğun deyil. Bəli, onlar daha nazikdir, lakin mən daha çox yaddaş həcmi istəyirdim. Evimdə genişzolaqlı internetə çıxış imkanı yoxdur və mehmanxanalarda belə imkan yoxdur,  buna görə bütün mediafayllarımı "iPad" planşetində saxlayıram" – Voznyak deyib.

"Mən böyük həcmli yaddaş olacağına ümid edirdim ki, mən "Böyük partlayış nəzəriyyəsi" serialının bütün epizodlarını öz "iPad" planşetimə yükləyim.
Xatırladaq ki, mühəndis və iş adamı Stiv Voznyak 1976-cı ildə Cobsla birgə "Apple Computer" şirkətinin əsasını qoyub.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL