waplog

“Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar keçiriləcək


Noyabrın 5-də saat 10:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), “Thomson Reuters” və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə qlobal elmi istinad bazasının (“Web of Science”) alimlər və elmi qurumlar üçün təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat veriləcək.
 
AMEA-dan bildirilib ki, bu bazanın elmi tədqiqat, elmi əməkdaşlıq və analitik təhlillər məqsədilə effektiv istifadəsi mümkündür: “Elmi təşkilatların rəhbərliyi, alimlər, doktorantlar və dissertantlar seminarda iştirak etmək üçün dəvət olunurlar. Tədbirdə iştirak etmək istəyənlər 28 oktyabr saat 18:00-dək qeydiyyat üçün əlavədəki formanı dolduraraq “iro@iit.ab.az” ünvanına göndərməlidirlər”.
 
 
Qeyd edək ki, seminarda iştirak ödənişsizdir və tədbirdə ingilis-Azərbaycan dillərində sinxron tərcümə xidməti göstəriləcək. İştirakçılar sertifikatla təmin olunacaq.
 
 Seminarda Azərbaycan Qlobal Elm Bazasına giriş, AMEA İTİ-nin nəzdində Azərbaycanda Bilik Anbarı, Azərbaycan elminin inkişafı, AMEA və “Thomson Reuters” Əməkdaşlığı, Qlobal Elm Bazasına giriş üzrə Türkiyə təcrübəsi istiqamətində müzakirələr aparılacaq.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL