waplog

“PayPal” şirkəti “Qiwi” və “Yandex.Pul” ilə danışıqlar aparır



"PayPal"ın və "eBay"ın yüksəksəviyyəli menecerləri "Qiwi" və "Yandex.Pul" ilə mümkün əməkdaşlıq haqda danışıqlar aparırlar.

"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, "Qiwi" sərmayədarlarla iş üzrə direktoru Yakov Barinski bildirib ki, danışıqlar ilk növbədə, Rusiyada nağd ödənişlərin üstünlük təşkil etdiyi və onların öz mövqelərini çətinliklə təslim etdikləri ilə bağlıdır, buna görə də "PayPal"ın iki yolu var: yeni kanallar yaratmaq və ya artıq mövcud olan kanallara qoşulmaq".

Eyni zamanda Rusiya ödəniş sistemləri "eBay"ın baş direktoru Jon Donaxyu ilə onun ölkəyə səfəri çərçivəsində danışıqlar aparılıb. "PayPal"da  nağd ödənişlərin "Qiwi" terminalları vasitəsilə qəbulu əməkdaşlıq imkanlarından biridir. Hazırda "PayPal" və "Qiwi" artıq əməkdaşlıq edirlər — birincinin pul cüzdanını virtual kartlar vasitəsilə doldurmaq mümkündür.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL