waplog

Amerika polisi GPS güllələrini sınaqdan keçirir


Kolorado, Arizona, Ayova və Florida ştatlarından olan polislər hazırda təcrübədə yerli “StarChase” şirkəti tərəfindən yaradılmış eyni adlı unikal güllələri sınaqdan keçirir. Onlar adi güllələrdən fərqli olaraq daxili GPS datçikləri ilə təchiz edilib.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, daxili GPS datçikləri ilə təchiz edilmiş gülləni cinayətkarın avtomobilinə doğru atmaq kifayətdir. Bundan sonra onun mövqeyini naviqatorda izləmək mümkündür.

Yeni GPS güllələri təcrübədə özünü doğruldub, lakin onların kütləviləşməyinə yüksək qiymət mane ola bilər: bir güllənin qiyməti təxminən 500 dollardır. Bundan başqa, onları adi tapançalardan atəş açmaq olmaz: GPS-güllələr təxminən 5 min dollar dəyərində xüsusi  qurğulara doldurulur.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL