waplog

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzində alınan nəticələr “BakuTel-2013” sərgisində nümayiş etdiriləcək


Bu il dekabrın 2-5 tarixlərində Azərbaycan paytaxtında keçiriləcək "BakuTel-2013" Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi bir sıra məhsulları ilə təmsil olunacaq.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə adıçəkilən mərkəzin Elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib. O bildirib ki, təmsil etdiyi mərkəzin məhsullarını nümayiş etdirmək üçün Azərbaycanın milli pavilyonunda yer ayrılıb. R.Cabbarovun sözlərinə görə, burada ÇİP texnologiyası ilə əlaqədar olaraq bəzi nümunələrin, karbon nanotrupkaların bioloji obyektlərdə tətbiqi ilə bağlı olan materiallar sərgiyə gələnlərə göstəriləcək:
 
"Eyni zamanda, mərkəzdə alınan "Led" əsaslı işıqlandırma lampaları nümayiş olunacaq.  Qeyd edim ki, artıq 3 aydır sözügedən lampalar Şəki şəhərində pilot layihə kimi həyata keçirilir. Layihə gözlənilən nəticəni verməkdədir. Hesab edirik ki, mərkəzimiz tərəfindən nümayiş etdiriləcək məhsullar bu dəfə də sərgiyə qatılanların böyük rəğbətini qazanacaq".
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL