waplog

Dövlət qulluğuna qəbulla bağlı müsabiqələrin test imtahanlarının gedişini canlı izləmək imkanı yaradılıb



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya  öz fəaliyyətində informasiya texnologiyalarının tətbiqini genişləndirir.

“ICTnews” elektron xəbər xidmətinin DQMK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəçilər 4, 25 oktyabr, 5 və 20 noyabr 2013-cü il tarixlərində elan edilmiş müsabiqələrin test imtahanlarının gedişini  komissiyanın internet saytı vasitəsilə canlı izləyə bilərlər.

Qeyd edək ki, “Google Chrome”, “Mozilla Firefox” və “Internet Explorer” (10 və 11 versiyaları) brauzerlərində videoaxına baxmaq üçün saytda yerləşdirilən müşahidə kamerasının plaqinini yükləmək tələb olunur. “Internet Explorer” brauzerində “compatibility mode” (“режим совместимости” – “uyğunluq rejimi”) və NOVUS add-on qoşmaq lazımdır.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL