waplog

Mehdi Hüseynzadəyə həsr edilmiş poçt markası buraxılıb



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti daha bir poçt markasının buraxıldığını elan edib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (Mixaylo) anadan olmasının 95 illiyi münasibətilə poçt markası çap olunub.
 
Azərbaycan və Sloveniyanın birgə buraxılışı olan markanın üzərində M.Hüseynzadənin şəkli yerləşdirilib. Markanın nominal dəyəri 60 qəpik təşkil edir.
Xatırladaq ki, Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub.
 
İkinci Dünya müharibəsində iştirak edən M.Hüseynzadə 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanıb və faşistlər tərəfindən əsir alınıb. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub.
 
M.Hüseynzadə Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yuqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı.

1944-cü il noyabrın 2-də qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadə Sloveniyanın Çepovan kəndindəki qardaşlıq məzarında dəfn olunub.

CAHANGİR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL