waplog

Planşet istifadəçiləri mobil internetdən daha çox istifadə edirlər


Planşetlər mobil genişzolaqlı rabitə vasitəsilə internetə çıxış üçün ən populyar qurğu olaraq qalır.
“IHS” şirkəti analitiklərinin qiymətləndirməsinə görə, 2013-cü ildə qlobal bazara mobil rabitəni dəstəkləyən 40,8 milyon planşet kompüteri buraxılacaq ki, bu da ötən illə müqayisədə 44% daha çoxdur. SİM kartın köməyi ilə internetə çıxış imkanına malik elektronikanın təxminən 23%-i bu qurğuların payına düşəcək.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitik şirkətin proqnozuna əsasən, bu ilin sonunadək internetdə genişzolaqlı mobil çıxış imkanını dəstəkləyən 178,8 milyon elektron qurğu tədarük ediləcək ki, bu da ötən illə müqayisədə 12% çoxdur. Yaxın 4 ildə bu bazarın artım tempi iki rəqəmlə hesablanacaq və  2017-ci ildə 7% səviyyəsində artım gözlənilir.

Araşdırmaya əsasən, planşetlər yığcamlığı və məzmunla (veb-səhifələrə baxış, oyunlar, rəqəmli kitabların oxunması, videoçarxlara baxış və başqa) işin əlverişliliyi sayəsində internetə mobil rabitə üzərindən çıxılan ən populyar cihazdır.

Planşetlərin populyarlığına baxmayaraq, korporativ istifadəçilər internetə çıxış üçün noutbuklardan istifadə edirlər.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL