waplog

Konstruktor kompüter təqdim edilib


"Razer" şirkəti yanvarın 7-də Las-Veqas şəhərində keçirilən "CES" sərgisində "Project Christine" oyun kompüterini təqdim edib. Press-relizdə vurğulanıb ki, qurğunun əsas xüsusiyyəti modulyar arxitekturaya malik olmasıdır.

Kompüterin komponentləri – mərkəzi prosessor, videokart, əməli yaddaş, sərt disk olmaqla ayrı-ayrı blok modullara salınıb və onlar konstruktora yerləşdirilir.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, hər bir modul  maye soyutma sisteminə malikdir. Bloklar arasında məlumat mübadiləsi üçün "PCI Express" şinindən istifadə olunur. Sistemin tərkibinə daxil olan sensor ekranda parametrlər əks olunur.

"Razer" şirkətinin bəyanatına görə, "Project Christine" oyun kompüterinin əsas üstünlüyü quraşdırılma və təkmilləşdirmə sadəliyidir. Modul bloklardan istifadə etməklə fərdi kompüter arxitekturası haqqında əsas biliklərdən xəbərsiz istifadəçi də öz ehtiyaclarına uyğun kompüter yarada bilər.

Ayrı-ayrı blokları yeniləri ilə dəyişməklə və ya əlavə qurğu tətbiq etməklə konfiqurasiyanı yeniləmək olar. Belə ki, ikinci videokart və ya daha bir sərt disk əlavə etmək olar.

"CES" sərgisində nümayiş etdirilmiş kompüter prototipdir. "Razer" onun çıxarılış müddətini və blokların qiymətini açıqlamayıb.
 
Emil Hüseynov

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL