waplog

Yeni diş fırçası smartfona qoşula biləcək


Fransanın "Kolibree" şirkətinin ABŞ-ın Las-Veqas ştatında keçirilən "CES" sərgisində nümayiş etdirdiyi diş fırçasını smartfona qoşmaq olar. Fırça "Bluetooth" texnologiyasını dəstəkləyir və bu da qurğu tərəfindən toplanılmış məlumatları "Android" platforması ilə işləyən smartfona və ya "iPhone"a ötürməyə icazə verir.

"ICTnews" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, fırça dişi diqqətlə və müntəzəm təmizləməyə kömək edəcək: smartfona quraşdırılmış tətbiq toplanılmış informasiyanı qrafik şəklində təqdim edir. Yeni diş fırçasının qiyməti 100-200 dollar təşkil edəcək.

Emil Hüseynov

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL