waplog

Ən ucuz səkkiznüvəli planşet təqdim edilib


Çin istehsalçıları ciddi surətdə planşet bazarında yer almağa başlayırlar. Bir neçə gün əvvəl “MediaTek MT6592” platformasına əsaslanan 312 dollarlıq “Coolpad Halo” planşeti təqdim edilib.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, indi isə Çinin “Cube” şirkəti 247 dollara səkkiznüvəli “Talk 69” planşetini təqdim edib.
 
“Cube Talk 69” planşeti, həmçinin “MediaTek MT6592” platformasına əsaslanır, onun səkkiznüvəli prosessoru 2 QHs takt tezliyində işləyir. Qurğu 7 düymlük “Full HD” tsəvir ölçülü ekrana, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş və 13 meqapiksellik əsas kamera ilə təchiz edilib.
 
Emil Hüseynov
 
 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL