waplog

“Hər kağızı bir yarpağa dəyişək”


“IDEA” (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı müştərək layihəyə start verilib.
 
 “ICTnews” xəbər xidmətinin məlumatına görə, layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki “ASAN xidmət” mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verəcəklər. Bura gətirilən kağızlar xüsusi konteynerlərdə toplanılacaq və onların qeydiyyatı aparılacaq. Təhvil verilən hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağaclar kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.
 
 
Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların  düzgün istifadəsini təşkil etməkdir.
 
 
İstifadə olunmuş kağızların qəbulu işinə 2014-cü il fevralın 3-dən etibarən başlanacaq.
 
SEYMUR
 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL