waplog

RİTN-də genişzolaqlı internetin inkişafı üçün nəzərdə tutulmuş effektiv texnologiyaların təqdimatı keçirilib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Rusiyanın “AMT-Group” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

Nazirliyin müvafiq qurumlarının və şöbələrinin iştirakı ilə keçirilən görüş çərçivəsində şirkətin baş direktorunun müavini Vyaçeslav Allenov və texniki konsaltinq şöbəsinin rəhbəri Serqey Afanasyev həyata keçirdikləri işlərdən danışıblar.

“Aztelekom” İstehsalat Birliyi üçün təqdim edə biləcək İP dizayn, “DWDM” dizayn və “SDN/NFV/Cloud” tendensiyaları haqda məlumat veriblər.

S. Afanasyev Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulmuş “Genişzolaqlı internetin inkişafı” layihəsinin həyata keçirilməsində istifadə edilə biləcək “İPoDWDM”, “GPON”, “Mobile Back Haul” texnologiyalarının, “DPI (Deep Packet Inspection)” qurğularının təqdimatını keçirib.

Bu texnologiyalar  sürətli genişzolaqlı internet şəbəkələrinin yüksək səviyyədə işləməsini, “2G/3G/4G” kimi müxtəlif texnologiyaların rabitə xidmətlərinin keyfiyyətinə ziyan vurmadan  inteqrasiyasını, müxtəlif istehsalçıların şəbəkələrinin, stasionar və mobil  şəbəkələrin (FMC), operator və müştəri şəbəkələrinin konvergensiyasını təmin edir.

Ekspertlərin rəyinə əsasən, “Aztelekom” şəbəkəsi çox sayda qovşaqdan ibarət olduğuna görə burada ikisəviyyəli şəbəkənin yaradılması daha məqsədəuyğundur.

V. Allenovun sözlərinə əsasən, şirkət həmçinin Rusiya və Qazaxıstan üçün “İPv6” tətbiqi üzrə konsepsiyalarını hazırlayıb və artıq tətbiqinə başlayıb.

Şirkət nümayəndələri eyni zamanda informasiya təhlükəsizliyi sahəsində  geniş çeşiddə məhsul təqdim etməyə hazır olduğunu qeyd edib. 

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL