waplog

ABŞ-da qadınlar “Apple”, kişilər isə “Samsung” məhsullarına üstünlük verirlər



"CNET" nəşri yazır ki, "KS Mobile"in sifarişi üzrə keçirilmiş tədqiqata əsasən, ABŞ-da qadınlar "Apple", kişilər isə "Samsung" şirkətinin mobil məhsullarına üstünlük verirlər.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, rəyi soruşulmuş amerikalıların 45 faizi deyib ki, "Apple" onların sevimli mobil məhsul istehsalçısıdır. "iPhone" istehsalçısı ABŞ-da sorğunun keçirildiyi hər bir regionda qələbə qazanıb.
 
40-49 yaşlı respondentlər yeganə istisna olublar: onlar "Samsung"un məhsullarına üstünlük veriblər.
 
Amerikalıların 33 faizi mobil qurğuların sevimli istehsalçısı kimi "Samsung" şirkətini qeyd ediblər.
 
Ümumi reytinqdə ABŞ sakinlərinin sevimli brendi "Apple" (39%) olub. İkinci yerdə "Samsung" qərarlaşıb.
 
Respondentlərin 25 faizi deyib ki, onların üstünlük verdiyi mobil brend yoxdur.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL