waplog

RİTN XİN-i "Google" axtarış sisteminin buraxdığı səhv barədə məlumatlandırıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Xarici İşlər Nazirliyini (XİN) "Google" axtarış sisteminin Azərbaycanın ərazi bütövlüyünə aid səhvi barədə məlumatlandırıb. Qeyd edək ki,"Google Maps"in xəritlərində Azərbaycanın işğal olunmuş əraziləri erməni adları kimi verilib. Dağlıq Qarabağın ərazisində yerləşən Xankəndi, Xocavənd rayon mərkəzləri erməni toponimləri ilə göstərilib. Bundan başqa, Cəbrayıl, Füzuli, Ağdərə, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər rayonlarının, eləcə də Laçın şəhər mərkəzinin adları da dəyişdirilib. Bu, axtarış sisteminin buraxdığı ilk səhv deyil.
Azərbaycanın hər bir vətəndaşı bilavasitə "Google"a müraciət etməklə öz etirazını bildirə və səhv barədə məlumat verə bilər. Xatırladaq ki, AzNET şəbəkəsində mənfi reaksiyaya səbəb olan analoji insident 2009-cu ilin avqustunda qeydə alınmışdı. O vaxt Azərbaycanın ABŞ-dakı səfirliyi "Google"a "Google Maps" saytında səhvi düzəltmək tələbi ilə müarciət etmişdi. İnternet resursun yaradıcıları Naxçıvan Muxtar Respublikasını Azərbaycanın tərkibində göstərməmişdilər. "Google" şirkətinin rəhbərliyi etiraf etdi ki, "Google Maps" servisi bu yaxınlarda yaradılıb, bəzi səhvlərin olması bununla əlaqədardır. Bütün səhvləri qısa müddət ərzində düzəltmək vəd edilmişdi.
Eyni zamanda, "Microsoft" şirkətinə "Microsoft-MSN" portalında buraxılan səhv barədə məlumat verilib. Orada "Hava" bölməsində Dağlıq Qarabağ ölkələr siyahısında ayrıca dövlət kimi göstərilmişdi. "Microsoft"a müraciətdən sonra şirkət Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Dağlıq Qarabağ haqqında dünya konsensusunu göstərmək üçün məlumatlarında düzəliş etdi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL