waplog

Hərbçilərimiz kompüter dəstəkli təlimlərə qatılacaq


Azərbaycan hərbçiləri kompüter dəstəkli təlimlərdə iştirak edəcək.

 Bu barədə “ICTnews” elektron xəbər xidmətinə  Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, Azərbaycan-ABŞ ikitərəfli iş planına əsasən  martın 31-dən aprelin 4-dək Dublin (İrlandiya), Belqrad (Serbiya) və Stokholm (İsveç) şəhərlərində "Viking-14" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.

Bununla yanaşı, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 31-dən aprelin 4-dək Belqrad şəhərində (Serbiya) "NATO ilə 2014-cü il üzrə Hərbi Əməkdaşlığın Əlaqələndirilməsi" üzrə işçi görüş reallaşdırılacaq. Bütün tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.


Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL