waplog

“Google Glass” eynəyinin komponentlərinin qiyməti 80 dollardır


İnternet nəhəngi hələ də "Google Glass" üzərində təkmilləşdirmə işləri aparır, amma istəkdən asılı olaraq 1500 dollar xərcləyərək "ağıllı" eynəyi satın almaq olar. "TechInsights" onlayn nəşri komponentləri təhlil edərək belə nəticəyə gəliblər ki, cihazın istehsalı "Google" şirkətinə 80 dollara başa gəlir.
 

 
"ICTnews" elektron xəbər xidməti "tech.online.by" saytına istinadən bildirir ki, "TechInsights"in məlumatına görə, "Google"un smart eynəyinin ən bahalı komponenti 14 dollarlıq prosessordur. Mütəxəssislər ekranı 3, kameranı 5,7, daşıyıcı və əməli yaddaşı 13 dollar dəyərində qiymətləndiriblər. Qurğunun quraşdırılması 2 dollardan bir qədər baha başa gəlir.
 
"Google Glass" eynəyinin yekun versiyasının satışlarına 2014-cü ilin payızında start veriləcəyi gözlənilir. Şirkət rəsmiləri bir neçə dəfə deyiblər ki, eynəyin kommersiya nüsxəsi 1500 dollardan daha ucuz olacaq.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL