waplog

“Huawei” Avropa bazarında fəaliyyətini genişləndirmək istəyir


Çinin “Huawei Technologies” telekommunikasiya şirkəti Avropa məkanına sərmayə qoyuluşunu artırmağı planlaşdırır. Şirkət yeni tədqiqat mərkəzləri açmağı və heyətinin sayını genişləndirməyi planlaşdırır. Bu haqda “The Wall Street Journal” nəşrinə müsahibəsində şirkətin yaradıcısı və direktoru Ren Çjenfey deyib.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, hazırda “Huawei” brendi avropalılara o qədər də məlum deyil, amma istehsalçı yaxın illərdə bu vəziyyəti dəyişdirmək niyyətindədir. Şirkətin direktoru bildirib ki, “Huawei” rəsmiləri daha açıq siyasət yürütməyi planlaşdırır.

Xatırladaq ki, “Huawei” şirkəti ABŞ-da Çin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilmişdi. Avropada isə şirkət Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarının pozulmasında ittiham edilib. Belə ki, “Huawei”nin məhsulların hazırlanması üçün Çin hakimiyyətindən maliyyə köməyi alması bildirilmişdi. Nəticədə Çin şirkəti öz qurğularını ucuz qiymətə satırmış.

Ren deyib ki, “Huawei” şirkətinin “gizli” imicində qismən özü günahkardır, çünki nadir hallarda mətbuata müsahibə verib və bu şübhə yaradıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL