waplog

Müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı suallar sosial şəbəkə vasitəsilə cavablandırılacaq


Mayın 19-dan 23-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) "Facebook" səhifəsində (www.facebook.com/bakuedu.gov.az) müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı vətəndaşları maraqlandıran suallara cavab veriləcək.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə idarə "Facebook" səhifəsi vasitəsilə əhaliyə müraciət edib.
Suallar operativ şəkildə şərhlər vasitəsilə cavablandırılacaq.
 
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi istifadəçilərdən təkrarlanan və səhifədə yerləşdirilmiş "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə ən çox verilən suallar" məlumatında qeyd olunan suallarla müraciət etməməyi xahiş edir.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL