waplog

“HP” daha 16 min əməkdaşını ixtisar edir


"Hewlett-Packard" şirkəti yenidənqurma və biznes istiqamətinin müasirləşdirilməsi fonunda heyətini 11-16 min nəfər ixtisar edəcək. Son  məlumatlara əsasən, "HP" şirkətində 317500 insan işləyir.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "HP" rəsmisi deyib ki, cari ilin ikinci rübündə şirkətin gəliri məhsul və xidmətlərə mənfi tələbat dinamikası fonunda gözləntilərdən daha aşağı olacaq. İnvestorlar deyib ki, "HP"-də artıq üçüncü ildir əsas maliyyə göstəriciləri azalır. Şirkətin əsas gəlir mənbəyi fərdi kompüter, printer və serverlərə tələbatın azalmasına görə aşağı düşür. Korporativ sistemlərin satış həcmi azalıb, çünki hazırda bütün dünyada biznes  internet üzərindən proqram təminatına keçir.
 
İkinci maliyyə rübündə şirkətin xalis mənfəəti 1,27 milyard dollar və ya 1 səhm üçün 66 sent təşkil edib ki,  bu da ötən illə müqayisədə 18% yüksəkdir. İstehsalçının mədaxili 1% azalaraq 27,3 milyard dollar olub.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL