waplog

Bu gün “WWDC 2014” konfransı işinə başlayır


İyunun 2-6-da San-Fransiskonun “Moskone West” kompleksində “Apple” şirkəti tərəfindən təşkil olunan tərtibatçıların illik ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) keçiriləcək.  
 
“Apple”ın marketinq üzrə vitse-prezidenti Filip Şiller bildirib ki, “WWDC”-in auditoriyası ildən-ilə genişlənir, konfransda dünyanın bütün guşələrindən müxtəlif istiqamətləri təmsil edən tərtibatçılar iştirak edir. 
 
Bu gün start götürəcək tədbirdə “Apple” min mühəndisin iştirakı ilə 100-dən çox texniki seminar keçirəcək. Bundan başqa, “Apple Design Awards” mərasimi çərçivəsində 2013-cü ilin ən yaxşı əlavə yaradıcıları mükafatlandırılacaq.
 
Qeyd edək ki, “WWDC 2013”-də ABŞ istehsalçısı “Mac OS X Mavericks” və “iOS 7” əməliyyat sistemlərini, "iTunes Radio” servisini və yenilənmiş noutbukları təqdim edib. Builki tədbirdə “iOS 8” əməliyyat sisteminin və bir neçə yeni məhsulun nümayişi gözlənilir. "iPhone 6” və “iWatch” qurğularının təqdimatı payıza planlaşdırılır, - "3DNews  www.3dnews.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL