waplog

Nazir Əli Abbasov Nazirlər Kabineti Fövqəladə Komissiyasının tərkibinə daxil edildi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi rabitə xidməti işçilərinin rəsmi xüsusi geyim forması və poqon gəzdirmələrinə icazə verilməsi haqqında" qərarının adı müvafiq qaydada dəyişdirilib.

Dəyişikliyə əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabeliyində olan xüsusi rabitə xidməti işçilərinin və rabitə obyektlərinin mühafizəsi funksiyalarını yerinə yetirən qurumunun işçilərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etmək tapşırılıb.

Eyni zamanda Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi qərarına da dəyişiklik edilib.

Dəyişikliyə əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabineti Fövqəladə Komissiyasının tərkibinə daxil edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL