waplog

“Microsoft” şirkəti ikinci nəsil “Nokia X” smartfonunu nümayiş etdirir


"Microsoft Mobility" "Nokia"nın mobil texnikasına həsr edilmiş rəsmi saytda yeni məhsulun elanını yerləşdirib. "BGR India" resursu yazır ki, bu, "Android" mobil əməliyyat sistemi ilə işləyən "Nokia X" seriyalı smartfonların ikinci nəsli olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni "Nokia X2" smartfonu 4,3 düymlük ekran, 1 QHs takt tezlikli ikinüvəli "Snapdragon" prosessoru və 5 meqapiksellik kamera ilə təchiz ediləcək.
 
"Microsoft"un mobil qurğuları ilə bağlı saytında yerləşdirilmiş informasiyaya əsasən, yeni qurğu iyunun 24-də saat 12:00-da nümayiş etdiriləcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL