waplog

2014-cü ildə hansı ölkələr Qlobal İnnovasiya İndeksində liderdir?


ABŞ-ın Korneliya Universiteti, “INSEAD” Biznes Məktəbi və BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən hər il Qlobal İnnovasiya İndeksi dərc edilir.

Bu indeks üzrə ölkələrin reytinqi patent alınması üçün ölkənin 1 milyon sakininə hesablanan müraciətlərin sayına görə müəyyən edilir. Reytinqdə yüksək yerlər tutan ölkələr üçün innovasiyalı iqtisadiyyat üçün zəmin olan yaxşı infrastruktur, eləcə də insan kapitalına investisiya yatırmaq istəyi xarakterikdir.  
 
2014-cü ilin nəticələrinə görə, bu reytinqdə birinci yeri ardıcıl dördüncü ildir İsveçrə tutur. İkinci yerdə Böyük Britaniya (ardıcıl ikinci il), üçüncüdə İsveç qərarlaşıb. İlk onluqda həmçinin Finlandiya, Niderland, ABŞ, Sinqapur, Danimarka, Lüksemburq, Honkonq yer alıb, - “Kurs www.kurs.ru” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL