waplog

Azərbaycanın xalq yazıçısının 100 illik yubileyi münasibətilə marka çap olunub


Bu ilin yanvar ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyev xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti yazıçının 100 illik yubileyinə öz töhfəsini verib. Belə ki, şirkət tərəfindən İlyas Əfəndiyevin yubileyinə həsr edilmiş poçt markası buraxılıb.
 
Nəfis dizaynda hazırlanmış markanın üzərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin şəkli təsvir olunub. Markanın nominal dəyəri 20 qəpik təşkil edir.
 
Qeyd edək ki, İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr verib. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərib. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL