waplog

Avropa Komissiyası “Galileo” peyklərinin öz orbitindən uzaqlaşmasının araşdırılmasında iştirak edəcək


Avropa Komissiyası “Galileo” layihəsinin iki peykinin öz orbitindən uzaqlaşma səbəblərinin araşdırılmasında iştirak edəcək. Bu barədə komissiyanın Brüsseldə yaydığı məlumatında deyilir.  

“Avqustun 22-də peyklərin düzgün orbitə uğursuz çıxarılması ilə əlaqədar olaraq Avropa Komissiyası “Arianespace” şirkətindən və Avropa Kosmik Agentliyindən insidentlə bağlı ətraflı informasiya, eləcə də problemin aradan qaldırılması üzrə fəaliyyət planını təqdim etməyi xahiş edib”, - sənəddə qeyd olunub.
Avqustun 24-də Kuru kosmodromundan peyklərin buraxılışını həyata keçirən “Arianespace” şirkətinin rəhbəri Stefan İzraelin məlumatına görə, insidentin araşdırılması üçün müstəqil komissiya yaradılacaq.
“Bazar ertəsindən etibarən Avropa Kosmik Agentliyi ilə birlikdə baş verən fövqəladə hadisənin dəqiq səbəblərinin təhqiqi ilə məşğul olacaq müstəqil qrup yaradılacaq. Nəticə çıxarmaq hələ ki tezdir”, - S.İzrael qeyd edib. Onun sözlərinə görə, informasiya toplandıqdan sonra komissiya müvafiq rəy və tövsiyələrini təqdim edəcək. 

Xatırladaq ki, “Galileo” Avropa İttifaqı (Aİ) və Avropa Kosmik Agentliyinin birgə peyk naviqasiya sistemi layihəsidir. Geodeziya və naviqasiya işlərinin həlli üçün nəzərdə tutulan sistemə ABŞ-ın “GPS” və Rusiyanın “QLONASS” peyklərindən fərqli olaraq ona hərbi qurumlar tərəfindən nəzarət edilmir.
“Galileo” sisteminin tam işə düşməsi üçün orbitə 28 peyk çıxarılmalıdır. İndiyədək layihənin təşəbbüskarı olan Avropa Komissiyası yalnız 18 aparat alıb. Onların orbitə 2015-ci ilin əvvəlinədək çıxarılması planlaşdırılır.     

“Galileo” və GPS-in bir-birinə uyğunlaşacağı və bir-birini tamamlayacağı gözlənilir. Bu isə sadə istifadəçilər üçün əlverişlidir, çünki siqnal onların naviqatorları və digər sistemləri üçün daha dəqiq, qəbulu isə daha sabit olacaq, - “İTAR-TASS www.itar-tass.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL