waplog

“Windows 8” əməliyyat sisteminin hər şeyi dəyişdirəcəyinə söz verib


2011-ci il avqust ayının 24-də yalnız “Windows XP RTM” versiyasının yaranmasından 10 il deyil, həm də “Windows 95” əməliyyat sisteminin yaranmasından 16 il ötüb.

“Microsoft” şirkəti 1995-ci ildə “Windows 95” əməliyyat sistemini təqdim edib. Sistemin daxili adı “Windows 4.0” olub.

1995-ci il avqust ayının 24-ü tarixi “Redmond” proqram nəhəngi üçün əhəmiyyətli gündür. Məhz həmin gündən “Windows” platformasının hökmranlığı başlanıb. Bu gün, 16 il sonra, heç bir rəqib “Windows” göstəricilərinə yaxınlaşa bilmir.

Sentyabr ayına planlaşdırılan “BUİLD” konfransının elanı vaxtı şirkət belə bir xəbər dərc edib: "1995-ci ildə “Windows” fərdi kompyuteri dəyişdirib. “BUİLD” sizə “Windows 8” əməliyyat sisteminin hər şeyi dəyişdirəcəyini göstərəcək".

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL