waplog

Azərbaycanda indiyədək 23 minə yaxın elektron imza əldə olunub


Azərbaycanda avqustun 31-nə qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 22845 ədəd olub.



“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu statistik göstərici “Elektron hökumət” bülleteninin sentyabr buraxılışında əksini tapıb.
 
 
Dövlət qurumlarına 14490  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 2956 ədədə çatıb. Vətəndaşlar isə 5399 sertifikat əldə ediblər.



Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
 
 
CAHANGİR

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL