waplog

“Apple” 10 ölkədə yeni smartfonlarının rəsmi satışına başlayacaq


“Apple” şirkəti bu gün dünyanın on ölkəsində yeni “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarının rəsmi satışlarına start verəcək. Bu haqda “Apple”ın saytında yazılıb.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni qurğular “Apple Store” mağazalarında və ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Honkonq, Yaponiya, Puerto-Riko, Sinqapur və Böyük Britaniyadakı səlahiyyətli pərakəndə satış mağazalarında satışa çıxarılacaq.

"Birinci dalğa"ya daxil olan on ölkədə alıcılar sentyabrın 12-dən yeni “iPhone” smartfonu üçün ilkin sifariş etmək imkanına malik olublar. “Apple”ın məlumatına görə, birinci gün yeni smartfonlar üçün 4 milyon sifariş edilib ki, bu da şirkət üçün rekord təşkil edir. ABŞ-da “iPhone 6” smartfonu müqavilə ilə 199 dollar, müqaviləsiz 649 dollar, “iPhone 6 Plus”da isə müvafiq olaraq 299 və 749 dollar təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL