waplog

Azərbaycanlı mütəxəssislər Yaponiyada yüksək texnologiya parkları və onların idarə olunması problemləri üzrə məruzə ilə çıxış edəcəklər


Yaponiyanın Osaka şəhərində 12-13 oktyabr tarixlərində XII İnnovasiya, Sahibkarlıq və Strateji İdarəetmə  (ICIESM 2014: XII International Conference on Innovation, Entrepreneurship and Strategic Management) Beynəlxalq konfransı keçiriləcək. Konfransda azərbaycanlı mütəxəssislər də iştirak edəcək.
 
 AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) verilən məlumata görə, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun böyük elmi işçisi Roza Şahverdiyeva tədbirdə elmi məruzə ilə çıxış etmək üçün dəvət alıblar.
 
 Tədbirdə institut əməkdaşları həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatında yüksək texnologiya parkları və onların idarə olunması problemləri  (Rasim M. Alguliyev, Alovsat G. Aliyev, Roza O. Shahverdiyeva. “High techno-parks in the economy of Azerbaijan and their management problems”) mövzusunda elmi məruzə ilə çıxış edəcəklər.
 
 
İTİ-dən qeyd edilib ki, materialları beynəlxalq bazalarda yerləşdirilən konfransda dünyanın qabaqcıl alim və mütəxəssisləri iştirak edəcək.
 
Beynəlxalq  konfransda elmi və texnoloji parklar, innovasiya prosesləri və menecmenti, strateji menecment, beynəlxalq sahibkarlıq, texnologiyaların transferi və s. istiqamətlərdə müzakirələr aparılacaq.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL