waplog

“Google” yeni qurğularını təqdim edib


"Google" şirkəti "Nexus" istehsal xəttində yeni qurğularını (Nexus 6 smartfonu, Nexus 9 planşeti və Nexus Player media oxuducusunu) təqdim edib. Bu haqda "Android" və "Chrome" üzrə vitse-prezident Sundar Piçai şirkətin rəsmi bloqunda yazıb.
 
 


"Nexus 6" smartfonu






 

"Google"un smartfon xəttində birinci fablet (5 düym diaqonaldan böyük  ekrana malik smartfon) olan "Nexus 6" "Motorola Mobility" şirkəti tərəfindən alüminium korpusda buraxılacaq. Smartfonun ekranının diaqonalı 6 düym təşkil edir. Müqayisə üçün, "Samsung Galaxy Note" smartfonunda 5,7 düym diaqonallı ekran tətbiq edilib və bu yaxınlarda təqdim edilmiş "Apple iPhone 6 Plus" 5,5 düym diaqonallı ekranla təchiz edilib.
 
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Nexus 6" smartfonu 2,7 QHs takt tezlikli dördnüvəli "Snapdragon" prosessoru ilə təchiz edilib. Qurğu 32 və 64 QB-lıq daxili yaddaş quraşdırılmış versiyalarda tədarük olunur.
 
 
"Google"un smartfonu optik sabitləşmə funksiyasına malik 13 meqapiksellik kamera və 2 meqapiksellik ön kamera ilə təchiz edilib. Qurğu tam enerji doldurduqdan sonra 24 saatdan çox işləyir. Həmçinin, istehsalçı bəyan edib ki, 15 dəqiqəlik enerjidoldurma qurğunun 6 saat işləməsi üçün kifayətdir.
 
"Nexus 6" smartfonu üçün oktyabrın sonundan ilkin sifariş əlçatandır, ilin sonunadək "Google" ABŞ-da ən böyük operatorların müqaviləsi ilə qurğunun satışlarına başlamaq niyyətindədir. Smartfonun müqaviləsiz qiyməti 649 dollar təşkil edəcək və "Google"un onlayn mağazasında satılacaq. 
 
 

 

 
 
 
 
Yeni ölçüdə planşet

Tayvanın "HTC" şirkəti yeni "Nexus 9" planşetinin istehsalçısıdır. Qurğu 8,9 düymlük diaqonallı ekranla təchiz edilib.
 




Planşet 16 və 32 QB tutuma malik yaddaşla qara, ağ və bej rəngli korpusda buraxılacaq. Qurğunun özəlliklərindən biri çoxməsələliyi təmin edən 64 bitlik arxitekturalı "Nvidia Tegra K1" prosessorudur. "Nexus 9" planşeti 8 meqapiksellik əsas və 1,6 meqapiksellik ön kameralarla təchiz olunub.
 
Planşetin qiyməti ABŞ-da "Google" onlayn mağazasında 399 dollardan başlayacaq. Oktyabrın 17-dən ilkin sifariş etmək olar və noyabrın 3-dən satışlara başlanılacaq.
 
 
 
 "Apple TV"-nin rəqibi
 


 


"Google" üçün "Nexus Player" media oxuducusunu "Asus" şirkəti istehsal edir.
 
99 dollarlıq media oxuducu funksionallıq və qiymətinə görə rəqibləri "Apple TV" və "Amazon" "Fire TV"-ə oxşardır və HDMI portu vasitəsilə televizora qoşulur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL