waplog

Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə imzalanmış memoranduma əsasən azərbaycanlı mütəxəssislər üçün kurs təşkil edilib


Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi arasında imzalanmış “Anlaşma Memorandumu”na müvafiq olaraq Almaniya Menecment Akademiyasında İxtisasartırma kursu təşkil edilib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin (EİM) şöbə rəisi Eldar Şirəliyev Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən keçirilmiş müsabiqədən keçərək ixtisasartırma kursunda iştirak etmək hüququ qazanıb.
 
 EİM-dən verilən məlumata görə, E.Şirəliyevin Aşağı Saksoniya əyalətinin Almaniya Menecment Akademiyasında menecment üzrə keçəcəyi tədris-təcrübə prosesi 15 noyabrda tamamlanacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL