waplog

Gəncə telekommunikasiya qovşağının nömrə tutumunun 60 faizi NGN şəbəkəsinə keçirilib


Gəncə telekommunikasiya qovşağının nömrə tutumunun 60 faizə yaxını NGN texnologiyasına keçirilib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyindən məlumat veriblər.

Hazırda operator tərəfindən Sevinc və Qırmızı kənd qəsəbələrində 53/59 saylı iki mini ATS-in nömrə tutumunun NGN texnologiyasına köçürülməsi üzrə işlər aparılır.

Bu işlər yaxın vaxtlarda başa çatmalıdır. Gəncə telekommunikasiya qovşağı üzrə NGN texnologiyasını dəstəkləyən nömrələrin ümumi sayı 42 min ədəddir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL