waplog

Günəş batareyalarını spreyə çeviriblər


Son illərdə bərpa olunan enerji mənbələrindən təmiz enerjinin alınması texnologiyası ən aktual hazırlamalardan birinə çevrilib. Hələ ki bu sahədə günəş batareyaları liderdir. Yaponiyada Fudjisava şəhəri demək olar ki tamamilə günəş batareyaları ilə örtülüb.

"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, Toronto universitetinin alimləri günəş batareyalarının istənilən səthə tozlandırılması vasitəsilə onların yaradılmasının yeni üsulunu hazırlayıblar. Alimlər bu texnologiyanı “SprayLD” adlandırıblar.

Yeni həlli istənilən sahədə istifadə etmək mümkün olacaq, amma hələ ki az səmərəlidir. Bu material avtomobilin səthinə çəkməklə üç 100 vattlıq lampa üçün kifayət qədər enerji toplamaq olar.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL