waplog

Yaponiya infrastruktur sisteminin mühafizəsini gücləndirir


Yaponiya bu yaxınlarda “Sony” şirkətinin korporativ şəbəkəsinə edilən müdaxilə fonunda mümkün kiberhücumlardan ehtiyat edərək əsas infrastrukturun möhkəmləndirilməsi üzrə işlərə başlayıb.
 
“Sony”nin ABŞ bölməsi ilə bağlı insident Yaponiyada əvvəlcə ABŞ-ın problemi kimi qiymətləndirilib. Lakin Prezident Barak Obama müdaxilədə Şimali Koreyanı ittiham etdikdən və cavab tədbirlərinin görüləcəyinə söz verdikdən sonra Gündoğar ölkənin rəsmi hakimiyyəti yaranmış vəziyyətdə aktiv mövqe tutmağa başlayıb.  
 
Hazırda Yaponiya hökuməti mümkün kiberhücumların qarşısını almaq məqsədilə əsas infrastrukturun, o cümlədən elektrik və qaz təchizatının, nəqliyyat şəbəkəsinin fasiləsiz işinin təmininə yönəldilən lazımi tədbirləri həyata keçirir.
 
“Guardians of Peace” qruplaşması tərəfindən “Sony”nin kompüter sisteminə qarşı həyata keçirilən haker hücumu şirkətin ABŞ bölməsinə edilən ən böyük müdaxilə olub. Şirkətin Tokiodakı rəhbərliyi vəziyyəti şərh etməkdən imtina edib, - "SecurityLab” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL