waplog

20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi haqqında RYTN-in Tədbirlər Planı təsdiqlənib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov 20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi haqqında RYTN-in Tədbirlər Planını təsdiqləyib.


Tədbirlər Planına əsasən, rabitəçi şəhid ailələrinə yardımların edilməsi, “Rabitə dünyası” qəzetində və rabitə müəssisələrinin elan tablosunda rabitəçi şəhidlər haqqında geniş məlumatın verilməsi, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şəhidlər haqqında guşənin  yaradılması nəzərdə tutulur.


Bunlarla yanaşı, matəm günü ilə əlaqədar rabitə müəssisələrində yığıncaqlar keçiriləcək, yanvarın 20-də RYTN və rabitə müəssisələri işçiləri Şəhidlər Xiyabanını ziyarət edəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL