waplog

Böyükölçülü “iPad” stilusla təchiz ediləcək


“Apple” şirkətinin yeni məhsulları haqda dəfələrlə dəqiq məlumat vermiş “KGI Securities” şirkətinin analitiki Minq Çi-Kuo “alma” korporasiyasının yeni “iPad” hazırladığını bildirib. Yeni “iPad” stilusun köməyi ilə idarə olunacaq.
 
Ekspert bildirib ki, “Apple” korporasiyası 12,9 düymlük ekranlı “iPad Pro” planşet kompüterini buraxacaq. Sözügedən qurğu xüsusi rəqəmli stilusun toxunuşuna reaksiya verəcək.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, "Məlumatların belə üsulla daxil edilməsi barmaqla müqayisədə daha dəqiqdir" – Minq Çi-Kuo deyib.
 
Minq Çi-Kuo “iPad Pro” üçün stilus buraxılışını qlobal planşet bazarında tələbatın azalması ilə izah edir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL