waplog

Avropa Parlamenti provayderlər tərəfindən onlayn kontentin filtrasiyasını qeyri-qanuni hesab edir


Ötən həftə Avropa İttifaqının (Aİ) ədliyyə nazirləri bir araya gələrək internet provayderləri onlayn kontenti könüllü filtrasiya etməyə çağırıblar. Lakin Avropa Parlamenti belə yanaşmanı qeyri-qanuni hesab edir. 
 
Latviyanın Avropa İttifaqı Şurasındakı sədrliyi tərəfindən hazırlanan sənəddə qeyd olunur ki, telekommunikasiya şirkətlərinə “Şəbəkə neytrallığı” qanunu çərçivəsində kontentin ictimai maraq baxımından blok edilməsinə və ya filtrasiyasına icazənin verilməsi informasiya mübadiləsi məxfiliyi haqqında qaydaların pozulmasına səbəb ola bilər.  
 
Bu fikri “EDRi” Avropa hüquq müdafiəsi təşkilatı da dəstəkləyib. Təşkilat son beş ildə təkid edir ki, Avropa və beynəlxalq qanunlara görə, ölkələrin internet xidmətləri göstərən şirkətləri qanuni əsaslar olmadan trafiki bloklamağa və ya filtrasiya etməyə məcbur etmək hüququ yoxdur.
 
“EDRi” icraçı direktoru Co Maknaminin sözlərinə görə, Aİ-nin özəl şirkətlər tərəfindən həyata keçirilən interneti məxfi və istədiyi kimi idarə etməsinə səy göstərməsini nəzərə alsaq, problemin lazımınca başa düşülməsi böyük əhəmiyyət kəsb edir, - “SecurityLab” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL