waplog

“Elektron hökumət” portalında media mənsubları üçün bölmə istifadəyə verilib


“Elektron hökumət” portalında  “Media” bölməsi yaradılıb.  
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bölmə tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu, eləcə də xarici ölkələrin “Elektron hökumət” və İKT sahəsindəki təcrübələri barədə məlumat əldə etmək istəyən istifadəçilər və media mənsubları üçün istifadəyə verilib.
 
 
Media bölməsinin tərkibində “Press-relizlər”, “Elanlar”, “Xəbərlər”, “Müsahibələr və süjetlər”, “Keçirilmiş müsabiqələr”, “Fotoqalereya” və “Elektron hökumət KİV-də” alt bölmələri təqdim olunur.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL