waplog

“Sony” televizor və smartfon istehsalını dayandıra bilər


Yaponiyanın "Sony" şirkəti növbəti üç il ərzində rəqəmli kamera və "PlayStation" oyun konsolu sayəsində gəlirlərini 25 dəfə artırmaq niyyətindədir. Bu barədə şirkət rəhbəri Kadzuo Hirai məlumat verib.
 
Yeni strategiyaya əsasən, 2018-ci ilin martında başa çatacaq 2017-ci maliyyə ilində əməliyyat gəlirinin əsas hissəsini kamera, mobil qurğular, konsol, oyunlar və digər əyləncəli məhsullar üçün sensorlu ekranların satışı təmin edəcək. Bu müddətdə "Sony" 500 milyard yen (4,2 milyard dollar) əldə etməyi düşünür. Analitiklərin proqnozlarına görə, şirkət hazırkı maliyyə ilini xalis itki ilə başa vuracaq.
 
Bununla yanaşı, K.Hirai televizor və smartfon istehsalı ilə məşğul olan bölmələrin bağlana biləcəyini vurğulayıb. Son illər bazarda "Apple" və "Samsung" şirkətləri liderdir, "Sony" isə onlara çatmağa çalışır. İtki ilə işləyən bölmələrin fəaliyyətinin dayandırılması şirkətin strukturunun təşkilinin yeni mərhələsi olacaq.
 
K.Hirai 1984-cü ildən "Sony"də çalışır, 2012-ci ildən şirkətin prezidenti vəzifəsini icra edir. Son altı ili şirkət maliyyə ilini xalis itki ilə başa vurur, - "Vesti" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL