waplog

Azərbaycanda ilk dəfə “Imagine Cup” müsabiqəsi elan olunub


Azərbaycanda ilk dəfə “Imagine Cup” müsabiqəsi elan olunub. “Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə ilk dəfə təşkil olunur və milli seçim turu aprelin 23-dək davam edəcək.
 
Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya – “Oyunlar”, “İnnovasiya” və “Dünya vətəndaşlığı” üzrə iştirak edə bilər:
 
“Müsabiqədə iştirak etmək üçün istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun, “Microsoft” platforması üzərində innovativ proqram layihəsi və ya “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini hazırlamaq lazımdır. Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı, “Microsoft Azerbaijan” şirkəti və “Nar Mobile” mobil operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turunun başlanmasını elan edib. Təşkilat Komitəsindən bildirilib ki, “Microsoft ImagineCup” müsabiqəsində iştirak etmək üçün “www.aka.ms/imaginecupaz” səhifəsindən “İştirakçı forması”ı yüklənməlidir: “Komanda haqqında məlumat təqdim edilməli, innovativ məhsul ideyasının qısa təsviri yazılmalıdır. Doldurulmuş “İştirakçı forması” “a-emakhu@microsoft.com” ünvanına göndərilməlidir”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL