waplog

“Sony” Barselonada “Xperia M4 Aqua” smartfonunu və “Xperia Z4 Tablet” planşetini təqdim edib


Barselonada keçirilən “MWC 2015” sərgisində Yaponiyanın “Sony” şirkəti sukeçirməz “Xperia M4 Aqua” smartfonunu, həmçinin “Xperia Z4 Tablet” planşetini nümayiş etdirib.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Xperia M4 Aqua” smartfonu 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekran, 1,5 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 615” prosessoru ilə təchiz edilib. Qurğunun əməli yaddaşının həcmi 2 QB, daxili yaddaş 8-16 QB təşkil edir və yaddaş kartının hesabına artırıla bilər.

“Sony Xperia M4 Aqua” smartfonunda əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamera 5 meqapiksel təşkil edir.

“Sony Xperia M4 Aqua” smartfonunun əsas özəlliyi “IP65/68” standartı üzrə toz və sudan müdafiədir.
“Xperia M4 Aqua” smartfonu 2015-ci il yazın sonunadək bazara çıxarılacaq və üç rəngdə (ağ, qırmızı-mərcan və qara) əlçatan olacaq. Qurğunun qiyməti 299 avro təşkil edəcək.

“Sony” şirkəti, həmçinin yeni “Xperia Z4 Tablet” qabaqcıl planşetini təqdim edib. Qurğu ən yüngül və ən nazik 10 düymlük planşet kimi təqdim olunur. “Wi-Fi” moduluna malik modelin çəkisi 389 qram, “LTE” modullu modelin çəkisi 392 qram təşkil edir və planşetin qalınlığı 6,1 mm təşkil edir.

“Sony Xperia Z4 Tablet” 2560x1600 piksel təsvir ölçülü ekran, 2 QHs takt tezlikli səkkiznüvəli 64 bitlik “Qualcomm Snapdragon 810” prosessoru və “Adreno 430” qrafikası ilə təchiz edilib. Əməli yaddaşın həcmi 3 QB, daxili yaddaşın həcmi 32 QB-dək təşkil edir, “microSD” yaddaş kartı ilə artırmaq olar.

“Xperia Z4 Tablet”in əsas kamerasının təsvir ölçüsü 8 meqapiksel, ön kamera isə 5 meqapiksel təşkil edir. Daxili akkumulyator batareyasının tutumu 6000 milliamper/saat təşkil edir.

Planşet, həmçinin “IP68” standartı üzrə  toz və sudan müdafiə olunub və “Android 5.0 Lollipop” əməliyyat sistemi ilə işləyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL