waplog

“Hitachi” şirkəti bir lövhə ilə 1 TB tutuma malik vinçesterlər istehsal edəcək


“Hitachi Global Storage Technologies” (Hitachi GST) şirkəti 3,5 düym form-faktorda hazırlanan ilk sərt disklərinin tədarükünə başlayır. Sərt disklərin konstruksiyasında 1 terabaytlıq lövhə tətbiq edilib.

“Deskstar” və “CinemaStar” xəttinin “7K1000.D” və “5K1000.B” vinçesterlərində şpindelin fırlanma sürəti müvafiq olaraq 7200 və 5 400 dövr/dəq-dir.

Kompyuterə qoşulma üçün 6 Qbit/s ötürmə sürəti təmin edən “Serial ATA 3.0” interfeysi tətbiq edilir. Buferin tutumu 32 MB-a bərabərdir; daşıyıcıların tutumu 1 TB-a (bir lövhə tətbiq edilir) qədərdir.

“Deskstar 7K1000.D” və “5K1000.B” vinçesterləri stolüstü kompyuterlər üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, “7K1000.D” diskləri əvvəlki nəsil qurğularla müqayisədə 15% enerjiyə qənaət edir.

Eyni zamanda “5K1000.B” daşıyıcıları “7K1000.D”-dən enerjiyə 23% daha qənaətcildir. Artıq yeni “Deskstar” modellərin tədarükünə başlanıb.

“CinemaStar” diskləri məişət elektronikası qurğularında, xüsusən rəqəmsal videorekorderlərdə iş üçün optimallaşdırılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL